"Partizan" - "Srvena Zvezda" oyunu yoluxmaya səbəb oldu

"Partizan" - "Srvena Zvezda" oyunu yoluxmaya səbəb oldu Monteneqroda koronavirus epidemiyasına yoluxmanın yeni dalğası başlanıb.
Futbol
19 İyun , 2020 10:57
Partizan - Srvena Zvezda oyunu yoluxmaya səbəb oldu

Monteneqroda koronavirus epidemiyasına yoluxmanın yeni dalğası başlanıb.

"Report"un məlumatına görə, yoluxanların çoxu Serbiya Kubokunda "Partizan" və "Srvena Zvezda" arasında Belqradda keçirilmiş yarımfinal matçını izləyənlərdən ibarətdir. Podqoritsa Kliniki Mərkəzinin direktoru Yevto Yerakoviç 9 "idxal" halının baş verdiyini bildirərək, müəyyən şəxsləri məsuliyyətsiz davranışda ittiham edib.

Yoluxanlardan 7-si ötən həftə Belqrad derbisinə yollanmış şəxslərdir. Oyunu ümumilikdə 16 min nəfər izləyib. Görüş "Partizan"ın qələbəsi ilə yekunlaşıb - 1:0. 

Qeyd edək ki, indiyədək Monteneqroda koronavirusa 337 yoluxma, 9 ölüm faktı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi