"Zirə" klubu "Parma"nın sabiq futbolçusunu transfer edir

"Zirə" klubu "Parma"nın sabiq futbolçusunu transfer edir Zirə klubu yeni legioner futbolçu ilə anlaşıb.
Futbol
114
13 Avqust , 2019 09:40
Zirə klubu Parmanın sabiq futbolçusunu transfer edir

"Zirə" klubu yeni legioner futbolçu ilə anlaşıb.

"Report"un RPP nəşrinə istinadən verdiyi məlumata görə, "qartallar" perulu sol cinah oyunçusu Alvaro Ampueronu transfer edir. Son komandası "Deportivo Munisipial" olan 27 yaşlı müdafiəçi ilə rəsmi müqavilə tezliklə imzalanacaq.

Qeyd edək ki, bu, Alvaro Ampueronun Avropaya ikinci səfəri olacaq. İlk dəfə o, İtaliyada legioner həyatı yaşayıb. 2013-cü ildə "Parma"ya keçən oyunçu daha sonra "Padova" və "Salernitana"ya icarəyə verilib. "Deportivo Munisipial"da isə Ampuero uzun müddət zədəli olduğu üçün 2019-cu ildə cəmi 8 matçda forma geyinib. O, Peru millisinə də çağırılıb və 9 qarşılaşmada forma geyinib. 

Son xəbərlər

Orphus sistemi