​Paraqvay futbol üzrə Amerika Kubokunun yarımfinalına vəsiqə qazanıb - VİDEO

​Paraqvay futbol üzrə Amerika Kubokunun yarımfinalına vəsiqə qazanıb - VİDEO Komanda 1/4 final matçında Braziliyanı məğlub edib
Futbol
28 İyun , 2015 08:57
​Paraqvay futbol üzrə Amerika Kubokunun yarımfinalına vəsiqə qazanıb - VİDEO

Bakı. 28 İyun. REPORT.AZ/ Futbol üzrə Paraqvay yığması Çilidə keçirilən Amerika Kubokunun 1/2 final mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, paraqvaylılar 1/4 final oyununda Braziliyanı məğlub ediblər.

Matçın əsas hissəsi 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Braziliyanın heyətində 15-ci dəqiqədə Robinyo, Paraqvayda isə 11 metrlik cərimə zərbəsindən Derlis Qonsales (72 -ci dəqiqə) fərqlənib. Penaltilər seriyasında isə Paraqvay futbolçuları rəqibdən dəqiq olub - 4:3.

Paraqvay yarımfinalda Argentina ilə qarşılaşacaq. Görüş iyulun 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi