Paraqvay çempionatında futbolçu rəqibinin başını dişləyib - VİDEO

Paraqvay çempionatında futbolçu rəqibinin başını dişləyib - VİDEO Paraqvayın Cerro Porteno komandasının futbolçusu Fernando Amorebieta Olimpiyaya qarşı keçirdikləri matçda rəqibin oyunçusu Naster Kamaçoya xəsarət yetirib.
Futbol
25 Noyabr , 2019 19:42
Paraqvay çempionatında futbolçu rəqibinin başını dişləyib - VİDEO

Paraqvayın "Cerro Porteno" komandasının futbolçusu Fernando Amorebieta "Olimpiya"ya qarşı keçirdikləri matçda rəqibin oyunçusu Naster Kamaçoya xəsarət yetirib.

"Report"un məlumatına görə, 34 yaşlı venesuelalı mərkəz medafiəçisi XVII tur matçının sonlarına yaxın rəqibinin başını dişləyib. Qarşılaşmanın hakimi hadisədən sonra hər iki futbolçuya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, görüş "Olimpiya"nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi