PAOK müdafiəçisi: ""Panatinaikos"un səhvlərini təkrarlamamalıyıq"

PAOK müdafiəçisi: ""Panatinaikos"un səhvlərini təkrarlamamalıyıq" "Fikrimizi "Qəbələ" ilə oyuna cəmləşdirməliyik"
Futbol
29 Avqust , 2015 12:45
PAOK müdafiəçisi: Panatinaikosun səhvlərini təkrarlamamalıyıq

Bakı. 29 avqust. REPORT.AZ/ Yunanıstanın PAOK klubunun müdafiəçisi Marin Leovats komandasını UEFA Avropa Liqasının seçim turunda "Qəbələ"yə uduzan yerli "Panatinaikos" komandasının taleyini yaşamamağa çağırıb.

"Report"un xəbərinə görə, xorvatiyalı müdafiəçi klubun saytına müsahibəsində bildirib ki, Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə eyni qrupa düşmələrindən məmnundur: "Çünki bu, kluba yeni təcrübə qazanmaq imkanı yaradacaq".

"Qəbələ" ilə oyunun perspektivlərinə toxunan M.Leovats deyib ki, klub bütün fikrini oyuna cəmləşdirməlidir: "Əks halda komanda problemlə üzləşə bilər. "Panatinaikos" komandası fikrini oyuna lazımınca cəmləşdirə bilmədiyindən, müəyyən çətinliklərlə üzləşdi. Bunu isə onun rəqibindən çəkinməməsi ilə izah etmək olar".

Son xəbərlər

Orphus sistemi