PAOK klubunun prezidentinə 3 illik cəza verilib

PAOK klubunun prezidentinə 3 illik cəza verilib Səbəb onun meydana silahla girməsidir
Futbol
29 Mart , 2018 14:32
PAOK klubunun prezidentinə 3 illik cəza verilib

Bakı. 29 mart. REPORT.AZ/ Yunanıstanın PAOK klubunun prezidenti İvan Savvidiyə 3 il futbol matçı izləmək qadağan edilib.

"Report"un Yunanıstan çempionatının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səbəb klub prezidentinin PAOK və AEK arasındakı Yunanıstan çempionatının oyunu zamanı meydana silahla daxil olmasıdır. 

O, qarşılaşmanın son dəqiqələrində hakimin verdiyi qərara etiraz etmək üçün bu addımı atıb. PAOK oyunun son dəqiqələrində qol vursa da, referi oyundankənar vəziyyətə görə onu qeydə almayıb.

Hadisə ilə əlaqədar Yunanıstan çempionatında fasilə yaranıb. Çempionat oyunları martın 31-dən bərpa ediləcək.  

Son xəbərlər

Orphus sistemi