Pandemiyanın Avropa klublarına vurduğu zərərin məbləği açıqlandı

Pandemiyanın Avropa klublarına vurduğu zərərin məbləği açıqlandı Avropa futbol klublarının koronavirus pandemiyası dövründəki maliyyə itkiləri 10 milyard ABŞ dollarından çox ola bilər.
Futbol
27 Yanvar , 2021 18:49
Pandemiyanın Avropa klublarına vurduğu zərərin məbləği açıqlandı
Andrea Anyelli

Avropa futbol klublarının koronavirus pandemiyası dövründəki maliyyə itkiləri 10 milyard ABŞ dollarından çox ola bilər.

"Report"un məlumatına görə, bu barədə İtaliya "Yuventus"unun prezidenti Andrea Anyelli "Associated Press"ə açıqlamasında deyib.

Avropa Klublar Birliyinə (ECA) də rəhbərlik edən funksioner bildirib ki, vəziyyətdən çıxmaq üçün təqribən 360 komandaya ən azı 7,2 milyard ABŞ dolları məbləğində vəsait lazım olacaq.

Qeyd edək ki, daha əvvəl "Deloitte" şirkəti Avropanın ən uğurlu 20 klubunun cari mövsümdəki maliyyə itkilərinin 2 milyard avronu ötdüyünü açıqlayıb.

Son xəbərlər

Orphus sistemi