Pakistanın futbol komandası Hindistana görə Asiya çempionatından imtina edib

Pakistanın futbol komandası Hindistana görə Asiya çempionatından imtina edib Bakı. 7 mart. REPORT.AZ/ 23 yaşadək futbolçulardan ibarət Pakistan millisi Özbəkistanda keçiriləcək Asiya çempionatının seçmə mərhələsində iştirakdan imtina edib.
Futbol
7 Mart , 2019 14:05
Pakistanın futbol komandası Hindistana görə Asiya çempionatından imtina edib

Bakı. 7 mart. REPORT.AZ/ 23 yaşadək futbolçulardan ibarət Pakistan millisi Özbəkistanda keçiriləcək Asiya çempionatının seçmə mərhələsində iştirakdan imtina edib. 

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb. F qrupunda Pakistanın olimpiya komandası ilə yanaşı Hindistan, Tacikistan və Özbəkistan mübarizə aparmalı idi.

Artıq bu qrupda 3 komanda - Özbəkistan, Hindistan və Tacikistan milliləri yarışacaq. 

MOK nümayəndəsi "RİA Novosti"ə bu imtinanın Pakistan və Hindistan arasındakı gərgin vəziyyətlə bağlı olduğunu bildirib.

Qeyd edək ki, "Asiya-2020"nin seçmə mərhələ oyunları 22 - 26 martda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək. Çempionatın final mərhələsi isə 8 - 26 yanvarda Tailandda baş tutacaq. İlk üç yeri tutan komanda "Tokio-2020" Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi