Ozobiç sentyabrdan Azərbaycan millisində oynayacaq

Ozobiç sentyabrdan Azərbaycan millisində oynayacaq "Qarabağ" klubunun xorvatiyalı futbolçusu Filip Ozobiç sentyabr ayından Azərbaycan millisində çıxış etməyə başlayacaq.
Futbol
2 İyul , 2021 09:17
Ozobiç sentyabrdan Azərbaycan millisində oynayacaq
Filip Ozobiç

"Qarabağ" klubunun xorvatiyalı futbolçusu Filip Ozobiç sentyabr ayından Azərbaycan millisində çıxış etməyə başlayacaq.

"Report"un "Dalmatinski" nəşrinə istinadən məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi bununla bağlı bütün hüquqi prosedurlardan keçib. Beş ildir Azərbaycanda olan Ozobiçin vətəndaşlıq da aldığı bildirilir.

Qeyd edək ki, Filip Ozobiç əvvəllər Xorvatiyanın bütün yaş qrupları üzrə yığma komandalarında çıxış edib. O, "Qəbələ"də 2 il çıxış etdikdən sonra 2018-ci ilin yayında "Qarabağ"a keçib. Ozobiç iyunun 27-də Ağdam klubu ilə müqaviləsini 2023-cü ilin yayınadək uzadıb.

Son xəbərlər

Orphus sistemi