Asiya Futbol Konfederasiyası Özbəkistan millisinin qapıçısı İqnati Nesterovu 8 aylıq diskvalifikasiya edib.
“Report” “Futbolium” “Telegram” kanalına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper qadağan olunmuş pereparat qəbul etdiyi üçün sanksiya ilə üzləşib. Onun dopinq cəzası bu il oktyabrın 13-də başa çatacaq. O, bu müddətdən 2 ay öncə formasını geyindiyi Səudiyyə Ərəbistanının “Əl-Uhud” komandasında məşqlərə başlaya bilər.
Qeyd edək ki, Asiya Kubokunun oyunları zamanı Nesterovdan götürülən analiz müsbət nəticə verib.