Oyun zamanı infarkt keçirən əlcəzairli futbolçu ölüb

Oyun zamanı infarkt keçirən əlcəzairli futbolçu ölüb Əlcəzairli futbolçu Sofn Lukar ölkə çempionatının ikinci divizionunda keçirilən oyun zamanı keçirdiyi infarktdan sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Futbol
26 dekabr 2021 02:46
Oyun zamanı infarkt keçirən əlcəzairli futbolçu ölüb

Əlcəzairli futbolçu Sofn Lukar ölkə çempionatının ikinci divizionunda keçirilən oyun zamanı keçirdiyi infarktdan sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPRO) mətbuat xidməti məlumat yayıb.

“Oran” - “Saida” matçının birinci hissəsinin ortalarında 28 yaşlı Lukar komandasının qapıçısı (Saida - Red) ilə toqquşub. Futbolçuya tibbi yardım göstərildikdən sonra o yenidən meydana qayıdıb.

On dəqiqə sonra futbolçu infarkt keçirərək qazona yıxılıb. Lukar xəstəxanaya çatdırılsa da, yolda dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi