AFFA-nın hakimlərə xərclədiyi məbləğ məlum olub

AFFA-nın hakimlərə xərclədiyi məbləğ məlum olub 2020/2021 mövsümündə futbol üzrə Azərbaycan çempionatlarının oyunlarına ümumilikdə 152 hakim təyinat alıb
Futbol
3 Fevral , 2022 16:01
AFFA-nın hakimlərə xərclədiyi məbləğ məlum olub

2020/2021 mövsümündə AFFA-nın hakimlər və hakim-inspektorlar üçün ayırdığı vəsaitin məbləği açıqlanıb.

"Report"un məlumatına görə, milli assosiasiyanın hesabatında bu istiqamətdə ümumilikdə 1 634 388 manat xərclənildiyi bildirilir.

Azərbaycan çempionatlarının oyunlarına ümumilikdə 152 hakim təyinat alıb. Bunların 135-i kişi, 17-si isə qadın ədalət təmsilçiləridir. Onların orta yaş həddi 29,9 olub.

Həmçinin matçlarda 23 AFFA nümayəndəsi və 15 hakim-inspektor fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi