Ötən ilin ən yaxşı almaniyalı futbolçusu bəlli olub

Ötən ilin ən yaxşı almaniyalı futbolçusu bəlli olub 2021-ci ilin ən yaxşı almaniyalı futbolçusu bəlli olub.
Futbol
203
13 Yanvar , 2022 15:54
Ötən ilin ən yaxşı almaniyalı futbolçusu bəlli olub

2021-ci ilin ən yaxşı almaniyalı futbolçusu bəlli olub.

"Report" xəbər verir ki, Almaniya yığmasının və "Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix bu ada layiq görülüb.

27 yaşlı yarımmüdafiəçi azarkeşlər arasındakı sorğuda 33,8 faizlə birinci olub. İngiltərənin "Çelsi" klubundan Kay Haverts (22,7 faiz) ikinci olubsa, "Bavariya"dan Leroy Sane (13,6 faiz) "üçlüy"ü tamamlayıb.

Qeyd edək ki, 2020-ci ildə "Bavariya"nın qapıçısı Manuel Noyer ən yaxşı oyunçu adına sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi