“Keşlə”dən ayrılan qapıçı “Zirə”yə keçir

“Keşlə”dən ayrılan qapıçı “Zirə”yə keçir Bakı. 9 yanvar. REPORT.AZ/ Qış fasiləsində “Keşlə” ilə yollarını ayıran Orxan Sadıqlının yeni klubu müəyyənləşib.
Futbol
9 Yanvar , 2019 11:16
“Keşlə”dən ayrılan qapıçı “Zirə”yə keçir

Bakı. 9 yanvar. REPORT.AZ/ Qış fasiləsində “Keşlə” ilə yollarını ayıran Orxan Sadıqlının yeni klubu müəyyənləşib.

“Report” xəbər verir ki, 26 yaşlı qapıçı karyerasını “Zirə”də davam etdirəcək. Artıq tərəflər arasında razılıq əldə olunub. Keçidin bu gün rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Orxan Sadıqlı cari mövsümün ilk yarısını icarə əsasında “Sumqayıt”da keçirib. O, daha əvvəl yetirməsi olduğu “Xəzər Lənkəran”ın da formasını geyinib. 

Fasilə dövründə "Zirə"ni Adil Nağıyev, Vüsal İsgəndərli və Anar Nəzirov tərk edib. Əvəzində Bəxtiyar Həsənalızadə heyətə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi