Orxan Məmmədov: “Bir-iki il ərzində hansısa böyük beynəlxalq turniri ölkəmizdə keçirəcəyik”

Orxan Məmmədov: “Bir-iki il ərzində hansısa böyük beynəlxalq turniri ölkəmizdə keçirəcəyik” “Hesab edirəm ki, biz hansısa böyük beynəlxalq turniri bir-iki il ərzində ölkəmizdə keçirəcəyik.
Futbol
5 may 2023 14:04
Orxan Məmmədov: “Bir-iki il ərzində hansısa böyük beynəlxalq turniri ölkəmizdə keçirəcəyik”
Orxan Məmmədov

“Hesab edirəm ki, biz hansısa böyük beynəlxalq turniri bir-iki il ərzində ölkəmizdə keçirəcəyik.

Bu sözləri “Report”a müsahibəsində Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov ölkəmizdə beynəlxalq səviyyəli turnirlərin keçirilməsi ilə bağlı danışarkən deyib.

Federasiya rəhbəri bildirib ki, Avropa çempionu olduqdan sonra həm Dünya Minifutbol Federasiyası (WMF), həm də Avropa Minifutbol Federasiyası (EMF) ilə danışıqlar apararaq qarşı tərəfin əhval ruhiyyəsini öyrəniblər: “Şəxsən mən özüm də bir neçə dəfə danışıqlar aparmışam. WMF prezidenti hazırda buradadır. Turnirdə iştirak edir, həm də açılış nitqini söylədi. Bu günlər ərzində onunla bir neçə görüş keçirəcəyik və mövzulardan biri də dünya və ya Avropa çempionatlarını Bakıda təşkil etmək olacaq. Danışıqlardan asılı olaraq hansısa birini edəcəyik”.

Orxan Məmmədov qeyd edib ki, ölkə olaraq kifayət qədər şəraitimiz var: “Ölkəmiz dəfələrlə beynəlxalq idman tədbirlərini qəbul edib. WMF prezidenti Bakıda olarkən “Formula 1” yarışlarında iştirak etdi və Azərbaycan Qran-prisinin necə keçirildiyini özü də gördü. Bu baxımdan şansımızın çox olduğunu düşünürəm”.

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi