"Omoniya"nın sabiq futbolçusu: "Qarabağ"la oyunda işimiz çətin olacaq"

"Omoniya"nın sabiq futbolçusu: "Qarabağ"la oyunda işimiz çətin olacaq" "Omoniya"nın qrupda qalması dəqiqləşib. Bu oyunda bəzi gənc futbolçular özlərini yaxşı tərəfdən göstərməklə komandaya kömək edə bilərlər"
Futbol
325
25 Noyabr , 2021 18:03
Omoniyanın sabiq futbolçusu: Qarabağla oyunda işimiz çətin olacaq

"Qrupda qalacağımız dəqiqləşib. Bu oyunda bəzi gənc futbolçular özlərini yaxşı tərəfdən göstərməklə komandaya kömək edə bilərlər".

"Report"un məlumatına görə, bu fikirləri Kipr millisinin sabiq futbolçusu Sinişa Dobraşinoviç "Omoniya"nın Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

Nikosiya təmsilçisinin də formasını geyinmiş Monteneqro əsilli veteran yarımmüdafiəçi bildirib ki, keçmiş komandasının işi çox çətin olacaq: "Omoniya" üçün çıxış yolu erkən qol buraxmamaqdır. Dəqiqələr irəlilədikcə bizim də imkanlarımız olacaq. Rəqibin heyətində yaxşı futbolçular var. Bu baxımdan, xal götürmək çətin görünür. Amma sonadək mübarizə aparsalar, nəyəsə ümid etmək olar".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Omoniya" qarşılaşması saat 21:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi