"Omoniya"nın kapitanı: "Qarabağ"la oyun vacibdir, amma kritik deyil"

"Omoniya"nın kapitanı: "Qarabağ"la oyun vacibdir, amma kritik deyil" "Bizim üçün vacib oyundur. Amma sabahkı görüşü kritik adlandırmazdım. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik".
Futbol
29 Sentyabr , 2021 20:11
Omoniyanın kapitanı: Qarabağla oyun vacibdir, amma kritik deyil
Xordi Qomes

"Bizim üçün vacib oyundur. Amma sabahkı görüşü kritik adlandırmazdım. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik".

"Report"un məlumatına görə, bunu Kipr "Omoniya"sının kapitanı Xordi Qomes evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

İspaniyalı yarımmüdafiəçi komandasına inandığını bildirib: "Əvvəlki iki mövsümdən sonra tələblər böyüyüb. Uğur qazandıqca, hədəflərin böyüməsi normaldır. Çempionatda cəmi 3 oyun keçirdikdən sonra qrup matçına çıxdıq. Futbolçulara inanıram".

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi