"Omoniya"nın futbolçusu "Qarabağ"la Bakıdakı oyunu da buraxacaq

"Omoniya"nın futbolçusu "Qarabağ"la Bakıdakı oyunu da buraxacaq Kiprin "Omoniya" klubunun futbolçusu Yannis Kusulos "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununu buraxacaq
Futbol
3 Noyabr , 2021 13:48
Omoniyanın futbolçusu Qarabağla Bakıdakı oyunu da buraxacaq
Yannis Kusulos

Kiprin "Omoniya" klubunun futbolçusu Yannis Kusulos "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununu buraxacaq.

"Report" Nikosiya təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, zədədən əziyyət çəkən 25 yaşlı müdafiəçi bu gün Qətərdə əməliyyat olunacaq.

Onun növbəti ay yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, Yannis Kusulos "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları II tur qarşılaşmasını da eyni səbəbdən buraxmalı olub. Noyabrın 25-də keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.

IV turda isə Azərbaycan təmsilçisi Qazaxıstanda "Kayrat"ın qonağı olacaq, "Omoniya" İsveçrə "Bazel"ini qəbul edəcək. Hər iki qarşılaşma noyabrın 4-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi