"Omoniya"nın əsas qapıçısı "Qarabağ"la matçı buraxacaq

"Omoniya"nın əsas qapıçısı "Qarabağ"la matçı buraxacaq Kiprin "Omoniya" klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur matçında daha bir oyunçusunun xidmətindən yararlana bilməyəcək
Futbol
12 Noyabr , 2021 10:25
Omoniyanın əsas qapıçısı Qarabağla matçı buraxacaq

Kiprin "Omoniya" klubu Bakıda "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur matçında daha bir oyunçusunun xidmətindən yararlana bilməyəcək.

"Report" "Balla" nəşrinə istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin əsas qapıçısı Fabiano görüşdə iştirak etməyəcək.

IV turda İsveçrə "Bazel"i ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnən 33 yaşlı braziliyalı qolkiper artıq ili başa vurub.

Qeyd edək ki, noyabrın 25-də keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Daha əvvəl Yannis Kusulosun qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.

Azərbaycan təmsilçisi IV turda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gəlməklə pley-offa vəsiqəni təmin edib.

Son xəbərlər

Orphus sistemi