"Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının startına yarım saat qalmış Naxçıvan Muxtar Respublikası stadionunun tribunalarının yarıdan çoxu dolub.
"Report"un Naxçıvana ezam olunmuş əməkdaşının məlumatına görə, əməkdar artist Tünzalə Ağayeva görüşə bir saat qalmışdan sevimli mahnılarını səsləndirməyə başlayıb.
Tədbirin aparıcısı Kamran Həsənlidir. Komandalar mahnı sədaları altında məşqə çıxıblar.
Matçı izləməyə gələnlər arasında AFFA-nın prezidenti
Qeyd edək ki, görüş saat 17:00-da başlanacaq.