Oliver Kan Levandovskinin "Barselona"ya transferini təsdiqləyib

Oliver Kan Levandovskinin "Barselona"ya transferini təsdiqləyib Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin sədri Oliver Kan polşalı futbolçu Robert Levandovskinin İspaniya "Barselona"sına transferini təsdiqləyib.
Futbol
16 İyul , 2022 16:27
Oliver Kan Levandovskinin Barselonaya transferini təsdiqləyib
Robert Levandovski

Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin sədri Oliver Kan polşalı futbolçu Robert Levandovskinin İspaniya "Barselona"sına transferini təsdiqləyib.

"Report"un məlumatına görə, 53 yaşlı funksioner bu barədə "Bild" nəşrinə açıqlamasında bildirib.

Sabiq qapıçı 34 yaşlı hücumçunun keçidi üçün Kataloniya təmsilçisi ilə razılığa gəldiklərini açıqlayıb.

Qeyd edək ki, Robert Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edib. Təcrübəli forvardın "Barselona" ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi