Oliver Kan "Bavariya"ya qayıdıb

Oliver Kan "Bavariya"ya qayıdıb Almaniya Bavariyasının əfsanəvi qapıçısı Oliver Kan yenidən doğma komandasına qayıdıb.
Futbol
111
8 Yanvar , 2020 15:07
Oliver Kan Bavariyaya qayıdıb

Almaniya "Bavariya"sının əfsanəvi qapıçısı Oliver Kan yenidən doğma komandasına qayıdıb.

"Report"un Münhen təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 50 yaşlı sabiq qolkiper İdarə Heyətinə üzv seçilib. Kan qarşıdakı iki il ərzində İdarə Heyətinin sədri Karl-Haynts Rummeniggeyə kömək edəcək.

"14 il "Bavariya"da oynamışam. Bu, çox gözəl və emosional dövr idi. Belə gözəl vaxtdan sonra komandadan ayrılmaq və bunu unutmaq mümkün deyildi. Təklif gələndə çox düşünmədim. Uğuru və qələbələri davam etdirmək istəyirəm", - O.Kan deyib.

Qeyd edək ki, "Bavariya"da 1994 - 2008-ci illərdə çıxış etmiş Oliver Kan 429 görüşdə komandasının qapısını qoruyub. 

Son xəbərlər

Orphus sistemi