"Olimpiya"nın yeni transferi: "Messinin bacarmadığını "Qarabağ"la oyunda biz edəcəyik" - MÜSAHİBƏ

"Olimpiya"nın yeni transferi: "Messinin bacarmadığını "Qarabağ"la oyunda biz edəcəyik" - MÜSAHİBƏ Bakı. 11 iyul. REPORT.AZ/ Sloveniya Olimpiyasının yeni transferi Matits Çrnits bu gün Qarabağla Lyublyanada keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl Siolnet nəşrinin suallarını cavablandırıb. Report həmin müsahibəni təqdim edir...
Futbol
11 İyul , 2018 14:41
Olimpiyanın yeni transferi: Messinin bacarmadığını Qarabağla oyunda biz edəcəyik - MÜSAHİBƏ

Bakı. 11 iyul. REPORT.AZ/ Sloveniya "Olimpiya"sının yeni transferi Matits Çrnits bu gün "Qarabağ"la Lyublyanada keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl "Siolnet" nəşrinin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir...

- "Qarabağ"la oyunda şanslarınızı necə dəyərləndirirsiniz?

- Şanslar 50:50-yədir. Əsl həqiqətdə biz onların maliyyə imkanları ilə müqayisə oluna bilmərik. Lakin futbolda bu yanaşmada qayda yoxdur. Kim yaxşı formaya, gücə malikdirsə, qələbəni də o qazanır. Bilirik ki, Lyublyanada yalnız ilk oyunu keçirəcəyik. Çünki bizim Bakıda cavab matçımız da var. Bu səbəbdən, "Stojitse"də çox ağırllı oyun sərgiləməliyik.

- Dünya çempionatında İslandiya yığmasının heyətində çıxış etmiş Hannes Tor Halldarsson Lyublyanaya "Qarabağ"ın heyətində gəlib...

- "Qarabağ"a transfer olunmasından və bura gəlişindən aydın olur ki, komanda ambisiyalıdır və avrokuboklara ciddi yanaşır. Onların kassa aparatının pul xərcləməsindən asılı olmayaraq, bu oyunçuya qol vurmağa vurmağa çalışacağıq. Messi bunu edə bilməsə də, biz bacaracağıq (gülür - red.)

- Halldarsson Xorvatiyanın dünya çempionatındakı üstünlüyünü də vurğulayıb. Xorvatiyanın İslandiya üzərində 2:1 hesablı qələbə qazandığı görüşdə "Riyeka"dakı keçmiş komanda yoldaşınız Filip Bradariç də meydana çıxdı...

- Biz onunla hələ də ünsiyyətdəyik. İstərdim ki, Xorvatiya yarımfinalda İngiltərəyə qalib gəlsin, finala çıxsın və dünya çempionu olsun.

- "Olimpiya" - "Qarabağ" görüşü dünya çempionatının İngiltərə - Xorvatiya oyunu ilə eyni saatda başlanacaq. Bu, iki komandanın xorvatiyalı legionerləri Dino Ştiqlets və Filip Ozobiç üçün əlavə şok olmayacaq?

- Fikrimcə, oyunların eyni vaxtda keçirilməsi bir qədər üzücü olacaq. Amma eybi yox. Sonradan video-yazıya baxa biləcəyik. Yaxud da finalı gözləyəcəyik (gülür). 

Son xəbərlər

Orphus sistemi