"Olimpiakos"un baş məşqçisi: "Neftçi"ni yaxşı tanıyırıq, maraqlı oyunçuları var"

"Olimpiakos"un baş məşqçisi: "Neftçi"ni yaxşı tanıyırıq, maraqlı oyunçuları var" "Oyunçularımın əzmkarlığından razıyam, amma qarşıda bizi çox iş gözləyir. Hədəfimiz növbəti həftəyədək daha güclü olmaqdır".
Futbol
15 İyul , 2021 09:56
Olimpiakosun baş məşqçisi: Neftçini yaxşı tanıyırıq, maraqlı oyunçuları var
Pedro Martins

"Oyunçularımın əzmkarlığından razıyam, amma qarşıda bizi çox iş gözləyir. Hədəfimiz növbəti həftəyədək daha güclü olmaqdır".

"Report"un məlumatına görə, bunu Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Pedro Martins "Neftçi" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

Portuqaliyalı mütəxəssis hələ arzuolunan səviyyədə olmadıqlarını bildirib: "Hələ çox işləməli olduğumuzu bilirik. Hazırlaşmaq və istədiyimiz səviyyəyə çatmaq üçün bir həftə vaxtımız var".

51 yaşlı baş məşqçi "Neftçi"ni yaxşı tanıdıqlarını da vurğulayıb: "Rəqibi analiz etmişik. Maraqlı oyunçulara malik komandadır. Mərhələnin oyunları asan olmayacaq. Çətinliklərlə üzləşəcəyik, amma mümkün qədər daha yaxşı hazırlaşacağıq".

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi