"Olimpiakos"un 8 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq

"Olimpiakos"un 8 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq Yunanıstan "Olimpiakos"unun 8 futbolçusu "Neftçi"yə qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçını buraxacaq.
Futbol
27 İyul , 2021 13:49
Olimpiakosun 8 futbolçusu Neftçiyə qarşı oynamayacaq

Yunanıstan "Olimpiakos"unun 8 futbolçusu "Neftçi"yə qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçını buraxacaq.

"Report"un məlumatına görə, bu barədə Pirey təmsilçisinin baş məşqçisi Pedro Martins oyun öncəsi mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəsissin sözlərinə görə, Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson Bakıdakı görüşdə iştirak etməyəcək.

Onlardan M. Kamara cəza, digərləri isə zədə səbəbindən meydana çıxa bilməyəcək.

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi