"Olimpiakos" "Neftçi" ilə oyunun hazırlıqlarını tamamladı

"Olimpiakos" "Neftçi" ilə oyunun hazırlıqlarını tamamladı Yunanıstanın "Olimpiakos" komandası "Neftçi"yə qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi son məşqə çıxıb
Futbol
27 İyul , 2021 12:19
Olimpiakos Neftçi ilə oyunun hazırlıqlarını tamamladı

Yunanıstanın "Olimpiakos" komandası "Neftçi"yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi son məşqə çıxıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Pirey təmsilçisinin hazırlıq prosesi "Georgios Karaiskakis" stadionunda baş tutub. Məşqdə ilk matçdan öncə koronavirusa yoluxmuş mərakeşli hücumçu Yussef əl-Ərabi də iştirak edib. Lakin onun ikinci qarşılaşmada meydana çıxıb-çıxmayacağı dəqiq deyil.

"Olimpiakos" Bakı vaxtı ilə saat 13:30-da Azərbaycana yola düşəcək. Komanda Bakıda məşqə çıxmayacaq.

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" minimal hesabla uduzub.

Son xəbərlər

Orphus sistemi