"Olimpiakos" - "Neftçi": Bilet qiymətləri və təlimatlar açıqlandı

"Olimpiakos" - "Neftçi": Bilet qiymətləri və təlimatlar açıqlandı Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün biletlər iyulun 19-da satışa çıxarılacaq
Futbol
17 İyul , 2021 09:24
Olimpiakos - Neftçi: Bilet qiymətləri və təlimatlar açıqlandı

Yunanıstanda "Olimpiakos" və "Neftçi" komandaları arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün biletlər iyulun 19-da satışa çıxarılacaq.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlər həm onlayn qaydada, həm də "Georgios Karaiskakis" stadionunun kassalarında satılacaq. Qiymətlər 15 avro - 250 avro arasında dəyişir.

Azarkeşlər bilet almaq üçün mütləq COVID-19 vaksini ilə bağlı sertifikat təqdim etməlidir. Arenaya giriş zamanı sıxlıq yaranmaması üçün qapılar matçın startından 3 saat əvvəl açılacaq. 12 - 15 yaşlı uşaqların stadiona girişi üçün PCR testi tələb olunacaq. Azarkeşlər mütləq tibbi maskadan istifadə etməlidir.

Qeyd edək ki, iyulun 21-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Arenanın ümumi azarkeş tutumu 32 115 nəfərdir.

Son xəbərlər

Orphus sistemi