"Olimpiakos" Bakı səfərindən əvvəl ciddi problemlərlə üzləşib

"Olimpiakos" Bakı səfərindən əvvəl ciddi problemlərlə üzləşib Yunanıstanın "Olimpiakos" klubu Bakıda "Neftçi"yə qarşı keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçından əvvəl ciddi problemlərlə üzləşib.
Futbol
1122
23 İyul , 2021 11:14
Olimpiakos Bakı səfərindən əvvəl ciddi problemlərlə üzləşib

Yunanıstanın "Olimpiakos" klubu Bakıda "Neftçi"yə qarşı keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçından əvvəl ciddi problemlərlə üzləşib.

"Report" "Fosonline" nəşrinə istinadən xəbər verir ki, Afina təmsilçisinin baş məşqçisi Pedro Martins 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra karyerasında ən çətin 72 saat yaşadığını söyləyib.

Yussef əl-Ərabi, Sokratis Papastatopulos və Yan M Vila qarşılaşmadan bir neçə saat əvvəl sıradan çıxıb. Kapitan Andreas Buxalakis "Neftçi" ilə oyunun 17-də dəqiqəsində zədələnib, Məhəmməd Kamara isə 43-cü dəqiqədə Namik Ələskərova qarşı kobud oynadığı üçün meydandan qovulub.

Həmçinin digər zədəlilər - Tikinyo və Kostas Fortunisin Bakıdakı görüşdə meydana çıxmayacaqları dəqiqləşib.

"Olimpiakos"un heyətində Əl-Ərabi matçdan əvvəl koronavirusa yoluxub, Papastatopulos isə onunla təmasda olduğunda karantinə alınıb. Papastatopulosun Bakıdakı matçda meydanda olması üçün testi neqativ çıxmalıdır.

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" matçı saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi