Ueyn Runi Vaşinqton aeroportunda dava saldığına görə həbs edilib

Ueyn Runi Vaşinqton aeroportunda dava saldığına görə həbs edilib Bakı. 7 yanvar. REPORT.AZ/ Dünya futbolunun ulduzu Ueyn Runi Vaşinqton aeroportunda sərxoş vəziyyətdə dava salıb.
Futbol
7 Yanvar , 2019 01:27
Ueyn Runi Vaşinqton aeroportunda dava saldığına görə həbs edilib

Bakı. 7 yanvar. REPORT.AZ/ Dünya futbolunun ulduzu Ueyn Runi Vaşinqton aeroportunda sərxoş vəziyyətdə dava salıb.

Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.

Bildirilir ki, İngiltərə yığmasının sabiq hücumçusu hava limanında nalayiq hərəkətləri ilə diqqəti cəlb edib və ətrafdan keçənlərlə mübahisə edib. Ueyn Runi ictimai yerdə sərxoş vəziyyətdə, uca səslə söyüş söydüyü üçün Vaşinqtonda həbs olunub. 

Nəşrin məlumatına görə, hadisə dekabrın 16-da olub. Runi Dalles adına Vaşinqton aeroportunda həbs edilib. Lakin o, sonradan cərimə ödəyərək, müvəqqəti sərbəst buraxılıb. 

Ueyn Runi 2016-cı ildə İngiltərə yığmasının oyunlarında iştirakını başa çatdırıb. O, 119 matçda 53 qol vurub. 2018-ci ildən o, ABŞın "Di Si yunayted" klubunda oynayır. Futbolçu 20 matç keçirərək, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bir müddət əvvəl məlum olub ki, Vaşinqtonun Əsas Futbol Liqasında (MLS) çıxış edən "Di Si Yunayted" klubunun hücumçusu Ueyn Runi vida matçı keçirmək üçün futbol üzrə İngiltərə milli komandasında çıxışını bərpa edəcək.

Son xəbərlər

Orphus sistemi