Useyn Bolt futbol karyerasını başa vurub

Useyn Bolt futbol karyerasını başa vurub Bakı. 23 yanvar. REPORT.AZ/ Yüngül atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu, Yamayka təmsilçisi Useyn Bolt futbol karyerasını başa vurduğunu bildirib.
Futbol
23 Yanvar , 2019 00:41
Useyn Bolt futbol karyerasını başa vurub

Bakı. 23 yanvar. REPORT.AZ/ Yüngül atletika üzrə 8 qat olimpiya11 qat dünya çempionu, Yamayka təmsilçisi Useyn Bolt futbol karyerasını başa vurduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "Goal.com" məlumat yayıb.

Qeyd edək ki, Useyn Bolt Avstraliyanın "Sentra Kost Mariners" futbol klubunda çıxış edib. O, 2017-ci ilin sonunda yüngül atletikada karyerasını bitirib və futbolla məşğul olmaq niyyətində idi.

Yamaykalı Useyn Bolt 2008, 2012 və 2016-cı illərdə 100 və 200 metrə qaçışdə dalbadal olimpiya çempionu olmuş yeganə idmançıdır. O, həmçinin 100 metrə (9,58 saniyə) və 200 metrə (19,19 saniyə) qaçışda dünya rekordları əldə edib.

Daha əvvəl bildirilirdi ki, atletika üzrə 8 qat olimpiya çempionu Bolt futbolçu karyerasını Türkiyədə davam etdirə bilər. Məlumatda bildirilirdi ki, Türkiyə Super Liqasında çıxış edən "Sivasspor" klubu 32 yaşlı idmançını heyətinə qatmağı planlaşdırırdı. 

Son xəbərlər

Orphus sistemi