Nuriyev Ukraynada dubl edərək bombardirlərə çatdı

Nuriyev Ukraynada dubl edərək bombardirlərə çatdı Rüstəm Əhmədzadənin məhsuldar ötürməsi ilə fərqi 2 topa çatdırıb
Futbol
170
17 Aprel , 2021 16:53
Nuriyev Ukraynada dubl edərək bombardirlərə çatdı
Anatoli Nuriyev

Ukraynanın "Minay" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Premyer Liqanın XXII turunun "Desna" ilə ev oyununda dubl edib.

"Report"un məlumatına görə, 25 yaşlı hücumçu 3:1 hesabı ilə qalib gəldikləri matçın 23 və 39-cu dəqiqələrində fərqlənib.

Əvvəlcə penaltidən hesabı açan Nuriyev 16 dəqiqə sonra komandanın digər azərbaycanlı futbolçusu Rüstəm Əhmədzadənin məhsuldar ötürməsi ilə fərqi 2 topa çatdırıb. 50-ci dəqiqədə isə onun özü məhsuldar ötürmə müəllifi olub.

Bu, forvardın cari mövsüm Ukrayna çempionatında 10-cu qolu olub. Nuriyev bu göstərici ilə Vladislav Kulaç ("Vorskla") və Viktor Tsıqankovla ("Dinamo", Kiyev) birlikdə bombardirlik yarışında ilk 3 sıranı bölüşdürür.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 18-ə çatdıran "Minay" 12-ci pilləyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi