Noel Muni: "AFFA daha böyük uğurlar qazanacaq”

Noel Muni: "AFFA daha böyük uğurlar qazanacaq” “UEFA AFFA-nın fəaliyyətini yüksək qiymətləndirir"
Futbol
1 Mart , 2017 15:04
Noel Muni: AFFA daha böyük uğurlar qazanacaq”

Tbilisi. 1 mart. REPORT.AZ/ “UEFA AFFA-nın fəaliyyətini yüksək qiymətləndirir. AFFA Azərbaycanda futbolun inkişafı ilə əlaqədar çox böyük işlər görüb. AFFA ilə əməkdaşlığa böyük önəm veririk. İnanırıq ki, AFFA daha böyük uğurlar qazanacaq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə UEFA-nın marketinq üzrə baş meneceri Noel Muni deyib.

O bildirib bildirib ki, bu gün UEFA GROW layihəsində iştirak edən 55 ölkə arasında AFFA ən öndə gedən federasiyalardan biridir: "Əslində, UEFA bu inkişaf layihəsini ilk dəfə AFFA ilə birlikdə reallaşdırmağa başlayıb. Bunun nəticəsində AFFA özünün strategiyasını hazırlayıb. Bu strategiyada kütləvi futbolun inkişafı, qalib komandaların, eləcə də klubların sayının artırılması əsas prioritetlərdəndir. Biz UEFA olaraq hər zaman AFFA-nı dəstəkləyirik və bu dəstək davam edəcək".

N.Muni UEFA-nın fəaliyyəti barədə danışarkən bildirib ki, təşkilat beynəlxalq idman yarışlarının, çempionatların təşkili, eləcə də kütləvi futbolun inkişafı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi