Niyaz Mulahmetoviç: "Azərbaycan millisinə qarşı oynamaq çətin olacaq"

Niyaz Mulahmetoviç: "Azərbaycan millisinə qarşı oynamaq çətin olacaq" "İspaniya qrupun və ümumilikdə turnirin əsas favoritidir".
Futbol
297
13 Yanvar , 2022 23:54
Niyaz Mulahmetoviç: Azərbaycan millisinə qarşı oynamaq çətin olacaq

"İspaniya qrupun və ümumilikdə turnirin əsas favoritidir".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqiblərindən olan Bosniya və Herseqovina yığmasının məşqçisi Niyaz Mulahmetoviç yerli mətbuata açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, qrupdan çıxmaq şanslarını digər komandalarla görüşlərdə axtarmalıdırlar: "Çətin olacaq, çünki həm Gürcüstan, həm də Azərbaycan braziliyalı legionerlərin oynadığı keyfiyyətli kollektivdir. Amma bizim də şansımız var. Qorxduğumuz yeganə amil koronavirusla bağlıdır. İnanıram ki, problemlərimiz olmayacaq".

Qeyd edək ki, 19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.

Son xəbərlər

Orphus sistemi