Nikola Yurçeviç: "Azərbaycanla matçda Xorvatiyanın favorit olması hər kəsə aydındır"

Nikola Yurçeviç: "Azərbaycanla matçda Xorvatiyanın favorit olması hər kəsə aydındır" Bakı. 13 fevral. REPORT.AZ/ “Yığma komandaya baş məşqçilik etmək imkanı verildiyi üçün xoşbəxtəm və bununla qüruru duyuram”.
Futbol
156885
13 Fevral , 2019 10:42
Nikola Yurçeviç: Azərbaycanla matçda Xorvatiyanın favorit olması hər kəsə aydındır
Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç / Report/Elchin Murad

Bakı. 13 fevral. REPORT.AZ/ “Yığma komandaya baş məşqçilik etmək imkanı verildiyi üçün xoşbəxtəm və bununla qüruru duyuram”.

“Report” xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin edilən Nikola Yurçeviç “Jutarnji List” saytına deyib. 53 yaşlı xorvatiyalı mütəxəssis həmyerliləri ilə söhbətində yerli klubları və futbolçuları təhlil etdiyini söyləyib: “Son bir neçə həftədə yerli klubları və oyunçuları diqqətlə təhlil etdim. Ona görə də, məndə müəyyən mənzərə var. Hərçənd hələ bütün işlərin məni gözlədiyi aydındır”.

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda Xorvatiya yığmasına qarşı keçirəcək. N.Yurçeviç bildirib ki, ilk dəfə qarşl tərəfdə yer almaq qəribə hissdir: “Maksimir”dəki görüşün bir parçası olacağım üçün şadam. İlk dəfə qarşl tərəfdə yer almaq qəribə hissdir. Amma həyat belədir. İstənilən halda, bu oyunun baş tutacağından məmnunam. Xorvatiya millisinin favorit olması hər kəsə aydındır. Mümkün qədər mübarizə aparmağa çalışacağıq”.

Qeyd edək ki, Yurçeviç fevralın 11-də Azərbaycan millisinin baş məşqçisi təyin olunub

Son xəbərlər

Orphus sistemi