Nikola Yurçeviç Azərbaycan klublarının avrokuboklardakı çıxışlarını dəyərləndirib

Nikola Yurçeviç Azərbaycan klublarının avrokuboklardakı çıxışlarını dəyərləndirib Avrokuboklarda iştirak edən bütün klublarımızın oyunlarını izlədim. Qarabağ ağıllı futbol oynadı. Oyun tərzi, topa çox sahib olmaq və matçı idarəetmə baxımından bu komanda Partizani ilə müqayisədə daha yaxşı idi.
Futbol
162
24 İyul , 2019 14:41
Nikola Yurçeviç Azərbaycan klublarının avrokuboklardakı çıxışlarını dəyərləndirib
Report/Elchin Murad

"Avrokuboklarda iştirak edən bütün klublarımızın oyunlarını izlədim. "Qarabağ" ağıllı futbol oynadı. Oyun tərzi, topa çox sahib olmaq və matçı idarəetmə baxımından bu komanda "Partizani" ilə müqayisədə daha yaxşı idi".

Bunu "Report"a açıqlamasında futbol üzrə Azərbaycan millisin baş məşqçisi Nikola Yurçeviç ölkə komandalarının avrokuboklardakı çıxışı barədə danışarkən deyib.

53 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə dueldə favorit olduğunu söyləyib.

Xorvatiyalı baş məşqçi Avropa Liqasında "Neftçi" və "Səbail" komandalarının da çıxışına toxunub: "Neftçi" Moldova "Sperantsa"sından çox yaxşı komandadır. Hər iki oyundakı qələbə kollektivə Rusiya "Arsenal"ı ilə çətin matçlar üçün özünəinam baxımından vacib idi. Tula təmsilçisi ona görə favorit hesab olunur ki, Rusiya Liqası güclüdür. Amma "Neftçi"nin də şansları var. "Səbail" isə daha yaxşı komandaya uduzub. Rumıniyanın "Universitatya" kollektivi texniki cəhətdən seçilən komandadır. Ağabala Ramazanovun vurduğu 3 qolu isə alqışlamaq lazımdır".

Yurçeviç Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin Gürcüstan "Dinamo"suna qarşı görüşlərdəki şansından da söz açıb: "Bu mövsüm "Qəbələ"nin necə olduğunu görmək maraqlıdır. Çünki heyətdəki bəzi əsas futbolçularını itiriblər. Tbilisi təmsilçisi barədə yetərincə məlumatım yoxdur. Hər iki komandanın şansı 50/50-dir".

Qeyd edək ki, "Qarabağ"ın bu gün "Dandolk"la “Oriel Park” stadionundakı oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. "Qəbələ" və "Neftçi" isə Avropa Liqasındakı matçlarını iyulun 25-də keçirəcəklər. Flaqman ilk matçını səfərdə, "Qəbələ" isə evdə keçirəcək. Tuladakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da, Qəbələdəki görüş 19:00-da start götürəcək. 

Son xəbərlər

Orphus sistemi