Nikola Serafimov: "Qəbələ" ilə oyunda arxayınlaşa bilmərik"

Nikola Serafimov: "Qəbələ" ilə oyunda arxayınlaşa bilmərik" "Futbolda hər şey ola bilər. Ona görə də üç qol fərqinə baxmayaraq, arxayınlaşa bilmərik. Cavab matçına tam hazır olmalıyıq".
Futbol
26 İyul , 2022 14:54
Nikola Serafimov: Qəbələ ilə oyunda arxayınlaşa bilmərik

"Futbolda hər şey ola bilər. Ona görə də 3 qol fərqinə baxmayaraq, arxayınlaşa bilmərik. Cavab matçına tam hazır olmalıyıq".

"Report"un məlumatına görə, bunu Macarıstanın "Fehervar" komandasının futbolçusu Nikola Serafimov "Qəbələ"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

23 yaşlı makedoniyalı mərkəz müdafiəçisi rəqibin ikinci qarşılaşmada əzmlə çıxış edəcəyini bildirib: "Əminəm ki, "Qəbələ" matçı kökündən dəyişmək istəyəcək. Amma biz də hazırıq. Komanda daxilində əhval-ruhiyyə yaxşıdır. Məqsədimiz səfərdə də qələbə qazanmaqdır".

İyulun əvvəlində Sekeşfehervar təmsilçisinə transfer olan Serafimov 4:1 hesabı ilə qalib gəldikləri ilk oyun haqqında da danışıb: "Debüt etdiyim üçün şadam. Azarkeşlərin dəstəyi bizim üçün çox şey ifadə edirdi. Görüşə planlaşdırdığımız kimi başlaya bilmədik. Fasilədə məşqçilər korpusundan faydalı məsləhətlər aldıq. Kənan Kodronun bərabərlik qolunu vurması ən vacib məqam idi. Bu, futbolçuların fasiləyə sakit yollanmasına imkan yaratdı".

Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi