"Nijni Novqorod"un ukraynalı futbolçusu Rusiya bayrağından üz çevirib

"Nijni Novqorod"un ukraynalı futbolçusu Rusiya bayrağından üz çevirib Bakı. 19 avqust. REPORT.AZ/ Nijni Novqorod klubunun futbolçusu Vitali Fyodorov Rusiya bayrağından nümayişkaranə şəkildə üz çevirib.
Futbol
19 Avqust , 2018 13:31
Nijni Novqorodun ukraynalı futbolçusu Rusiya bayrağından üz çevirib

Bakı. 19 avqust. REPORT.AZ/ "Nijni Novqorod" klubunun futbolçusu Vitali Fyodorov Rusiya bayrağından nümayişkaranə şəkildə üz çevirib.

"Report"un məlumatına görə, ukraynalı müdafiəçi bu addımı Rusiya I Divizionunun VII turunda "Soçi" komandası ilə matçdan öncə atıb.

30 yaşlı oyunçu Rusiya himni çalındığı vaxt tribunaya tərəf baxmaqda davam edib. Qalan futbolçular və hakimlər isə Rusiya bayrağına tərəf çevriliblər. Görüş "Soçi"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

Vitali Fyodorov Kiyev "Dinamo"sunun yetirməsidir. O, "Nijni Novqorod"da bu ildən çıxış edir.

Son xəbərlər

Orphus sistemi