Nigeriya millisinin keçmiş hücumçusu qəza nəticəsində öldü

Nigeriya millisinin keçmiş hücumçusu qəza nəticəsində öldü Nigeriya milli komandasının sabiq futbolçusu İfeanyi Corc 26 yaşında ikən avtomobil qəzasında dünyasını dəyişib.
Futbol
22 Mart , 2020 23:01
Nigeriya millisinin keçmiş hücumçusu qəza nəticəsində öldü

Nigeriya milli komandasının sabiq futbolçusu İfeanyi Corc 26 yaşında ikən avtomobil qəzasında dünyasını dəyişib.

"Report"un məlumatına görə, keçmiş hücumçunun idarə etdiyi "Infiniti" yük maşınına çırpılıb. 

Hadisə nəticəsində minik maşınındakı iki sərnişin də ölüb. Onlardan biri Corcun "Enuqu Reyncers"dəki komanda yoldaşı Emmanuel Oqbu olub. Avtomobildəkilər koronavirus üzündən çempionat dayandırıldığı üçün Enuqu şəhərindən Laqosa gedirmiş.

Qeyd edək ki, İfeanyi Corc "Enyimba" komandasının yetirməsi idi. O, cari mövsüm Nigeriya çempionatında 14 oyuna 5 qol müəllifi olmuşdu. 2017-ci ildə isə Corc Nigeriya yığmasında 2 matç keçirmişdi.

Son xəbərlər

Orphus sistemi