Niderlandda qadın kişi futbol klubunun oyunçusu olacaq

Niderlandda qadın kişi futbol klubunun oyunçusu olacaq Qadın futbolçu Ellen Fokkema Niderlandın dördüncü ən güclü divizionunun “Foarut" kişi klubunun oyunçusu olacaq.
Futbol
5 Avqust , 2020 02:29
Niderlandda qadın kişi futbol klubunun oyunçusu olacaq
0 : 00
0 : 00

Qadın futbolçu Ellen Fokkema Niderlandın dördüncü ən güclü divizionunun Foarut" kişi klubunun oyunçusu olacaq.

Bu barədə “Report” Niderlandın Kral Futbol İttifaqının saytına istinadən xəbər verir.

Təşkilatın mətbuat xidmətində bildiriblər ki, "Foarut"la 19 yaşlı idmançının müqaviləsi sınaq kimi bağlanıb. Qərar futbolda kişilərlə qadınlar arasında hüquq bərabərliyinin inkişafına kömək edəcək.

Fokkema bildirib ki, beş ildir komanda ilə birlikdə məşq edir və futbol ittifaqının qərarından məmnundur. "Mənim komandadakı müttəfiqlərim onlarla qala biləcəyimə sevinclə reaksiya verdilər", - o qeyd edib.

Hazırda Niderlandda kişilərə və qadınlara 19 yaşa qədər bir komandada oynamağa icazə verilib, sonra kişilər A kateqoriya səviyyəsində çıxış üçün kişi klublarına keçirlər, amma qadınlar B kateqoriya liqalarında oynaya bilərlər.

Son xəbərlər

Orphus sistemi