Niderland millisinin yeni baş məşqçisi bəlli olub

Niderland millisinin yeni baş məşqçisi bəlli olub Futbol üzrə Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib.
Futbol
4 Avqust , 2021 13:38
Niderland millisinin yeni baş məşqçisi bəlli olub

Futbol üzrə Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib.

"Report" Niderland Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın sükanı arxasına Lui van Qal gətirilib.

70 yaşlı mütəxəssis bu vəzifədə AVRO-2020-dən sonra istefaya göndərilən Frank de Buru əvəzləyib. Məşçilər heyətində Danni Blind, Henk Freyzer və Frank Hoek də yer alacaq.

Qeyd edək ki, Lui Van Qal 2000 - 2001-ci və 2012 - 2014-cü illərdə milliyə başçılıq edib. Komanda onun rəhbərliyi altında 2014-cü ildəki dünya çempionatının bürünc mükafatçısı olub.

Son xəbərlər

Orphus sistemi