Neymarın zədəsinə aydınlıq gəldi

Neymarın zədəsinə aydınlıq gəldi Fransa çempionatının XIV turunun "Lion"la oyununda zədələnən PSJ-nin hücumçusu Neymarın durumuna aydınlıq gəlib.
Futbol
14 Dekabr , 2020 18:05
Neymarın zədəsinə aydınlıq gəldi
Neymar

Fransa çempionatının XIV turunun "Lion"la oyununda zədələnən PSJ-nin hücumçusu Neymarın durumuna aydınlıq gəlib.

"Report" Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçunun sol topuğunda burxulma aşkarlanıb.

Bununla belə, 28 yaşlı forvardın zədəsinin ciddi olmadığı bildirilib. Onun hansı müddətə sıradan çıxdığı isə açıqlanmayıb.

Qeyd edək ki, PSJ - "Lion" oyunu meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçın sonlarında zədələnən Neymar meydanı xərəkdə tərk edib.

Son xəbərlər

Orphus sistemi