Neymar Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək

Neymar Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Braziliya yığmasının baş məşqçisi 23 yaşdan yuxarı 3 futbolçunu müəyyənləşdirib
Futbol
7 Yanvar , 2016 09:37
Neymar Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək

Bakı. 7 yanvar. REPORT.AZ/ 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Braziliya milli komandasının 23 yaşdan yuxarı 3 futbolçusu müəyyənləşib. "Report"un məlumatına görə, baş məşqçi Dunqa İspaniya "Barselona"sının hücumçusu Neymarı yığmaya çağırmağı qərara alıb. 

Digər oyunçular isə İtaliya "İnter"inin müdafiəçisi Miranda ilə Brazliya "İnternasyonal"ın qapıçısı Alisondur. 

Qeyd edək ki, olimpiada çərçivəsində keçirilən futbol turnirində hər bir yığma heyətinə 23 yaşdan yuxarı 3-dək futbolçu daxil edə bilər. Rio-2016-da futbol matçları 3 - 20 avqustda Braziliyanın Rio-de-Janeyro, San-Paulu, Minas-Jerays, Baiya, Riu-Qrandi-du-Sul və Braziliya Federal Dairəsində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi