Fransanın PSJ klubu futbolçusu Neymarın müqaviləsinin müddətini uzatmağa hazırlaşır.
"Report" "El Chiringuito"ya istinadən xəbər verir ki, tərəflər artıq bununla bağlı razılığa gəliblər.
Braziliyalı hücumçu Paris təmsilçisi ilə 4 illik yeni sözləşməyə imza atacaq.
Qeyd edək ki, 2017-ci ildən PSJ-də çıxış edən 29 yaşlı forvardın hazırkı müqaviləsi 2021/2022 mövsümünün sonunda başa çatacaq.