Neymar PSJ ilə yeni müqavilə imzaladı

Neymar PSJ ilə yeni müqavilə imzaladı Neymar Fransanın PSJ klubu ilə müqaviləsinin müddətini uzadıb
Futbol
8 May , 2021 16:48
Neymar PSJ ilə yeni müqavilə imzaladı
Neymar

Braziliyalı futbolçu Neymar Fransanın PSJ klubu ilə müqaviləsinin müddətini uzadıb.

"Report" Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu komandası ilə 4 illik yeni sözləşmə imzalayıb.

Təcrübəli forvard bu mövsüm oynadığı 27 matçda 15 qol vurub.

Qeyd edək ki, Neymar “PSJ”yə 2017-ci ildə “Barselona”dan keçib. Transferin məbləği rekord - 222 milyon avro təşkil edib. Onun klubla yeni müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi