Neymar PSJ ilə müqaviləni uzatdı

Neymar PSJ ilə müqaviləni uzatdı Braziliyalı hücumçu Neymar Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu ilə razılaşmanın müddətinin uzadılmasına yaxındır
Futbol
364
27 Aprel , 2021 21:27
Neymar PSJ ilə müqaviləni uzatdı
Neymar

Braziliyalı hücumçu Neymar Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu ilə razılaşmanın müddətinin uzadılmasına yaxındır.

“Report” xəbər verir ki, futbolçunun açıqlamasını “RMC Sport” radiosu yayıb.

"Biz Parislə danışıqlar aparırıq. Tələsmirik, hər şey demək olar, həll edilib. Mən PSJ-də çox xoşbəxtəm", - Neymar deyib.

Neymar PSJ-yə 2017-ci ildə “Barselona”dan keçib. Transferin məbləği rekord - 222 milyon avro təşkil edib. Hücumçu cari mövsümdə Fransanın I liqasında 14 matçda iştirak edərək, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi