Neymar mətbuat konfransında ağlayıb - VİDEO

Neymar mətbuat konfransında ağlayıb - VİDEO Braziliyalı futbolçu baş məşqçinin sözlərindən sonra göz yaşlarına hakim ola bilməyib
Futbol
11 Noyabr , 2017 11:27
Neymar mətbuat konfransında ağlayıb - VİDEO

Bakı. 11 noyabr. REPORT.AZ/ Braziliya milli komandasının futbolçusu Neymar mətbuat konfransında göz yaşlarına hakim ola bilməyib. "Report"un məlumatına görə, bu, "pentakampeonlar"ın Yaponiya üzərində 3:1 hesablı qələbə qazandıqları yoldaşlıq görüşündən sonra baş verib.

Baş məşqçi Tite 25 yaşlı hücumçu ilə aralarında problemin olduğuna dair xəbərlərə münasibət bildirdiyi vaxt Neymar ağlayıb. 56 yaşlı mütəxəssis deyib: "İnsanlar Neymarla problemimin olduğunu daim qabardırlar. Belə söz-söhbətləri eşitməkdən bezmişəm. Heç birimiz ideal deyilik. Neymarın böyük ürəyi var".

Bu sözlərdən sonra forvard göz yaşları içində baş məşqçiyə təşəkkür edərək konfrans otağını tərk edib.

Qeyd edək ki, Yaponiya ilə qarşılaşmada Neymar iki penaltidən birini dəqiq yerinə yetirdiyi halda, digərindən yararlana bilməyib. 

Son xəbərlər

Orphus sistemi