Neymar məhkəmədə "Barselona"ya uduzdu

Neymar məhkəmədə "Barselona"ya uduzdu Barselona ilə sabiq futbolçusu Neymar arasında məhkəmə prosesi İspaniya klubunun xeyrinə başa çatıb.
Futbol
518
19 İyun , 2020 16:02
Neymar məhkəmədə Barselonaya uduzdu

"Barselona" ilə sabiq futbolçusu Neymar arasında məhkəmə prosesi İspaniya klubunun xeyrinə başa çatıb.

"Report" ESPN nəşrinə istinadən xəbər verir ki, məhkəmə hazırda Fransa PSJ-sində çıxış edən braziliyalı hücumçunun Kataloniya təmsilçisinə qarşı 43,6 milyon avroluq mükafat tələbəni rədd edib.

Üstəlik, 28 yaşlı forvard qarşı tərəfə 6,7 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib.

Son xəbərlər

Orphus sistemi