Neymar korrupsiya işi ilə əlaqədar prokurorluğa çağırılıb

Neymar korrupsiya işi ilə əlaqədar prokurorluğa çağırılıb "Barselona"nın futbolçusunun transferində rüşvət faktı üzə çıxıb
Futbol
8 Yanvar , 2016 12:00
Neymar korrupsiya işi ilə əlaqədar prokurorluğa çağırılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ İspaniya prokurorluğu "Barselona" klubunun futbolçusu Neymarı, 2013-cü ildə Braziliya "Santos"undan transferi zamanı korrupsiya işi ilə əlaqədar ifadə verməyə çağırıb. "Report"un "Cadena Sar" radiosuna istinadən verdiyi məlumata görə, iş üzrə hücumçu və atası ittiham olunur.

Əvvəllər futbolçunun anası Nadin Qonsalveş da Silva Santosun da fırıldaqçılıq və korrupsiyada şübhəli bilindiyi deyilirdi. Hazırda prokurorluq Neymarın hüquqlarının 40 faizinə yiyələnmiş DİS investisiya fondu tərəfindən şikayət əsasında onun özü, atası, agentləri və "Santos" rəhbərliyinə qarşı iş aparır.

Qeyd edək ki, ilk dəfə transferin "Barselona"ya 57 milyon avroya başa gəldiyi açıqlanmışdı. Məbləğin 17 milyonunun "Santos"a, qalanının Neymarın valideynlərinin şirkətinə çatdığı bildirlirdi. Amma 2015-ci ilin sonlarında Kataloniya klubu rəhbərliyi onun keçidinin 86,2 milyon avroya başa gəldiyini açıqlayıb. Bundan sonra "Barsa"nın sabiq prezidenti Sandro Rossellə qarşı iş açılıb. Onun 40 milyon avro rüşvət aldığı və Neymar üçün ödənilən həqiqi məbləğin ilk dəfə bəyan ediləndən çox olduğu vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi