Neymar Fransaya qayıdır

Neymar Fransaya qayıdır Fransanın PSJ klubunun futbolçusu Neymarın sözügedən ölkəyə qayıdacağı tarix məlum olub.
Futbol
323
13 İyun , 2020 14:31
Neymar Fransaya qayıdır

Fransanın PSJ klubunun futbolçusu Neymarın sözügedən ölkəyə qayıdacağı tarix məlum olub.

"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu bu gün Parisdə olacaq.

Onun 1 həftəlik karantindən sonra iyunun 22-də komanda ilə birlikdə məşqlərdə iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, 28 yaşlı forvard koronavirus pandemiyası ilə bağlı yaranmış fasilədə ölkəsinə yollanmışdı. Fransa Liqa 1-də cari mövsüm ləğv olunub, PSJ isə çempion elan edilib.

İngilis versiyası Neymar returns to France

Son xəbərlər

Orphus sistemi