Neymar Çempionlar Liqasının tarixinə düşdü

Neymar Çempionlar Liqasının tarixinə düşdü UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin VI turunun Türkiyə "Başakşehir"i ilə oyununda het-trik edən Neymar Fransanın PSJ klubunun heyətində turnirdəki qollarının sayını 20-yə çatdırıb.
Futbol
10 Dekabr , 2020 00:45
Neymar Çempionlar Liqasının tarixinə düşdü
0 : 00
0 : 00

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin VI turunun Türkiyə "Başakşehir"i ilə oyununda het-trik edən Neymar Fransanın PSJ klubunun heyətində turnirdəki qollarının sayını 20-yə çatdırıb.

"Report" xəbər verir ki, braziliyalı hücumçu iki fərqli komandada 20 və daha çox qol vurmuş oyunçu kimi ÇL-in tarixinə düşüb.

28 yaşlı forvard Paris klubundan öncə çıxış etdiyi İspaniya "Barselona"sında 21 dəfə fərqlənib.

Qeyd edək ki, PSJ - "Başakşehir" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi